Vilayətinin “narahatlığı” və İranın “qırmızı xətti”

Nurəddin İsmayıl

İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Cənubi Qafqazda geosiyasi dəyişilmələrdən dolayı narahatlığını bildirib və bu dəyişilmələrin Rusiyanın diqqətsizliyi ucbatından baş verdiyini bəyan edib.

O, qeyd edib ki, Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər İranın “qırmızı xətti”dir və bunun qarşısını almaq üçün əlindən gələni edəcək. İran rəsmiləri bundan əvvəl də Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarında bu cür bəyanatlarla çıxış etmiş, özünü Cənubi Qafqazın hamisi kimi təqdim etməkdən çəkinməmişdir. Görünən odur ki, Azərbaycanın 24 saatlıq antiterror əməliyyatından sonra Qarabağ üzərində suverenliyini tam bərpa etməsi, tarixi torpaqlarını işğaldan azad etməsi, qondarma separatçı rejimi tərkisilah edərək, onun varlığına bir dəfəlik son qoyması qonşu İranın yuxusunu qarşışdırıb.

İran hazırkı vəziyyətlə heç cür barışmaq istəmir və ona arxa çevirməsinə baxmayaraq yenə də təcavüzkar Ermənistanın müdafiəsinə qalxmaq istəyir. Maraqlıdır ki, Cənubi Qafqazda nüfuz dairəsinin Qərbin hesabına dəyişməsinin ən radikal tərəfdarı Rusiya himayədarlığından imtina yolu tutan hazırkı Paşinyan hakimiyyətidir. Belə isə, onun “qırmızı xətti”nin pozulmasında aktiv yer alan Ermənistan, nədən İranın basqı və zərbə hədəfindən asanlıqla yayına bilir? Ağayi Vilayəti açıqlamasında Türkiyə və Azərbaycanı İranı etnik münaqişəyə sürükləməkdə ittiham edir. Otuz milyondan artıq soydaşımıza öz dilində oxumaq, yazmaq, ali təhsil almaq, mdəni irsini qorumaq haqqı tanımayan İran, nədənsə bu münaqişənin kökünün öz daxilində apardığı yanlış milli siyasətdən qaynaqlandığını unudub, bu məsələdə Türkiyə və Azərbaycanı hədəf seçir.

Siyasətin anatomiyasını bilənlər yaxşı dərk edir ki, dini, klerikal, avtoritar, diktatura tipli rejimlər xalqın fikrini daxili problelərdən yayındırmaq, yaşanan böhranların qarşısın almaq məqsədi ilə xarici təhlükə faktoruna əl atır və başqa qonşu dövlətlərin düşmən obrazını yaradır. “İsrailə ölüm”, “Amerikaya ölüm” hökmü kəsib xalqını tovlayan, onu hürr yaşamaq hədəflərindən yayındıran İran indi də Türkiyə və Azərbaycanı İranın daxili işlərinə qarışmaqda suçlayır. Azərbaycanda məhzəbçi zehniyyət toxumunu yayan, casus şəbəkəsi yerləşdirən, səfirliyimizdə terror aktı gerçəkləşdirən İran özüdür. Türkiyənin içində dini fanatiklər yerləşdirib bu ölkəni məzhəb davasına cəlb etmək istəyən də İran özüdür. Dini qardaşlıqdan danışıb, öz dindaşlarını soysuz erməniyə satan, təcavüzkar Ermənistanın yanında yer alan da İranın özüdür. Azərbaycanın hərbi, siyasi, diplomatik uğurları, dünyəvi, tolerant bir ölkə olaraq beynəlxalq aləmə inteqrasiya edilməsi İranı dinc buraxmır. İran Azərbaycanı molla rejiminə uyğun bir halətdə - sinə döyən, şaxsey-vaxsey gedən, qurtuluşunu zamanın sahibinin gəlişində görən, başını qəmə ilə yaran, ağlaşma quran bir ölkə kimi görmək istəyir və bunu aldıra bilməyəndə hər cür fitnə-fəsada, hədə-qorxuya, əzələ nümayiş etdirməyə başlayır. Amma unudur ki, Azərbaycan 30 il bundan əvvəlki zəif, arxasız, beynəlxalq basqılardan sancı çəkən, səsi dünyaya yetməyən Azərbaycan deyil. Azərbaycan 30 il BMT-nin, ATƏT-in Minsk qrupunun çözə bilmədiyi Qarabağ problemini ordusunun, xalqının gücü ilə birdəfəlik həll edən ölkədir. Azərbaycan İran qarışıq bir çox ermənipərəst dövlətlərin arxasında durduğu təcavüzkar Ermənistanı təslimçi sülhə məcbur edən, erməni mifini silib atan bir ölkədir.

İran istər birinci, istərsə də ikinci Qarabağ savaşında etdiklərindən utanmalı, dövlətimizə arxadan sancdığı namərd bıçağını unutmamalıdır. İran həqiqətən müsəlman təəssübü çəkirsə, arxayın ola bilər ki, Azərbaycan 30 il onun dağılmasında, xarabaya çevrilməsində, məsçidlərinə donuz bağlanmasında, əzan səsinin boğulmasında, işğalında ermənilərlə ortaq olduğu Qarabağı yenidən türk-müsəlman bögəsi etdik və üşrəngli bayrağımız gözəl Qarabağımızda qaldırdıq.

635x100

Şərhlər

Nurəddin İsmayıl 2023-10-03 01:31:06

Təşəkkürlər

Elxan 2023-10-02 19:54:20

Əla,əllərinə sağlıq!!!

Son yazılar