Menu

Ukrayna ordusu son sutkada Rusiyanın 1 “İsgəndər-K” raketini və 29 “Shahed” PUA-nı məhv edib

03.10.2023, 10:41
Ukrayna ordusu son sutkada Rusiyanın 1 “İsgəndər-K” raketini və 29 “Shahed” PUA-nı məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın bir “İsgəndər-K” raketini və İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, oktyabrın 2-dən 3-ə keçən gecə Rusiya 31 “Shahed”lə Ukrayna ərazisinə hücum edib. Onlardan 29-u sıradan çıxarılıb.

Bundan başqa, raket qəlpələrinin Dnepr şəhərində xüsusi müəssisəyə düşməsi nəticəsində yanğın olub. Pavloqradda isə bir sıra istehsal müəssisələrinin binaları dağılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol