Ukrayna rəhbərinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç axtarışa verilib.
"AzPolitika.info" "Gazeta.ru" saytına istinadla xəbər verir ki, müvafiq qeyd Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında ortaya çıxıb.
"Arestoviç Aleksey Nikolayeviç. Ukraynalı. Doğulduğu yer: Gürcüstan SSR, Tsiteli-Tskaro şəhəri. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olub”, - məlumat bazasında deyilir.
Axtarışın konkret hansı maddə ilə aparıldığı açıqlanmayıb. May ayında Aretoviç «Rosfinmonitorinq»in terrorçuların və ekstremistlərin siyahısına daxil edilib.
Rüfət
AzPolitika.info


Şərhlər