“Vladimir Putin Ukraynaya və ya Avropaya nüvə zərbəsi endirmək qərarına gələcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı jurnalist Olqa Romanova deyib.
O, bildirib ki, Putin üçün bütün bəşəriyyəti yer üzündən silmək olduqca asan məsələdir.
Romanovanın fikrincə, Ukrayna, Polşa və Almaniyanın paytaxtları belə bir zərbəyə məruz qala bilər.
“Hər şey hadisələrin inkişafından asılı olacaq. Mən başa düşürəm ki, Zaporojye AES-i partlatmaq və onu məsələn, yerli nüvə partlayışı kimi təqdim etmək mümkün deyil. Ehtimal olsa da, Rusiyanın Kiyevə, Varşavaya və ya Berlinə hücum etmək potensialı var”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər