ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın şimalında pilotsuz təyyarəni vurduğu bildirilir.
“AzPolitika.info” bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir. Suriya İnsan Haqları Müşahidə Qrupu və yerli təhlükəsizlik mənbəsi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyanın şimal-şərqindəki baza yaxınlığında türk pilotsuz təyyarəsini vurduğunu bildirib.
Türkiyə Müdafiə Nazirliyinin rəsmisi isə koalisiya tərəfindən vurulan dronun Türkiyə silahlı qüvvələrinə aid olmadığını deyib. Koalisiyadan da şərh sorğusuna dərhal cavab verilməyib.
ABŞ-ın Suriyanın şimalındakı kürd qüvvələrinə dəstəyi uzun müddətdir NATO müttəfiqi Türkiyə ilə gərginliyə səbəb olub. Türkiyə onları bazar günü Ankarada hökumət binaları yaxınlığındakı hücumu öz üzərinə götürən qruplaşmanın (PKK) qanadı kimi qiymətləndirir.
Rüfət
AzPolitika.info


Şərhlər