Almaniya qış ayları üçün Ukraynanı əlavə “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin etmək üzərində çalışır.
“AzPolitika.info” Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində bildirib.
Zelenski və Almaniya kansleri Olaf Şolts cümə axşamı İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər.
"Mən Almaniyanın azadlığımızı və xalqımızı müdafiə etdiyi dəstəyə görə minnətdaram. Bu, həm də Avropanın və ümumi dəyərlərimizin müdafiəsidir", - Prezident deyib.
Rüfət
AzPolitika.info


Şərhlər