50-yə yaxın Avropa liderinin, onlarla köməkçinin və xarici jurnalistlərin qatıldığı sammit fiasko oldu.
“AzPolitika.info” xəbər verir ki, bu barədə məşhur “Politico” portalı yazıb. Məqalədə qeyd olunur ki, sammitə toplaşanlar Avropanın sərhədləri daxilində olan münaqişələrin və eləcə də başqa hər hansı digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər.
Emmanuel Makronun sevimli layihəsi olan Avropa Siyasi Birliyinin üçüncü toplantısı təçkilatçılar tərəfindən Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyi ilə bağlı strategiyanı müzakirə etmək imkanı kimi təqdim edilib.
Liderlər Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirələr aparsalar da, əsas oyunçuların olmaması səbəbindən digər məsələlərlə bağlı hər hansı nəticə əldə edə bilməyiblər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın tədbirdə iştirak etmədiyinə görə Makronun və Mişelin Azırbaycanın daxili işinə qarışmaq – Qarabağla bağlı yenidən müzakirə açmaq ümidləri puça çıxıb.
Xatırladaq ki, Avropa ittifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın Qarabağı nəzarətə götürməsindən sonra İlham Əliyev Əliyevlə Nikol Paşinyan arasında görüşü keçirmək adı ilə Bakıya təzyiq edəcəklərinə ümid edirdilər. Ancaq Azərbaycan Fransanın Bakıya qarşı qərəzli olmasını əsas gətirərək bi planın baş tutmasına imkan verməyib.
Kosovo və Serbiya arasında gərginliyi aradan qaldırmaq cəhdləri də eyni dərəcədə nəticəsiz qaldı. Kosovo prezidenti Vjosa Osmani Belqrada qarşı sanksiyalar tətbiq olunmayana qədər serb həmkarı Aleksandr Vuçiçlə danışıqlardan imtina edib.
Qeyri-rəsmi sammitdə heç bir qərar verilmədiyindən İspaniyanın ev sahibi ölkə kimi 700-ə yaxın jurnalist üçün təşkil edəcəyini açıqladığı mətbuat konfransı son anda ləğv edilib. Konfransada bəyanatlar verilməli və Avropa Siyasi Birliyinə rəhbərliyin İspaniyadan Böyük Britaniyaya keçməsini rəsmi şəkildə elan olunmalı idi.
Sammitə uğursuz keçməsi liderlərin mətbuatdan qaçmasına səbəb olub. Nə Almaniya kansleri Olaf Şolts, nə də Böyük Britaniyanın Baş naziri Rişi Sunak mətbuata açıqlama verməyib. Avropa Siyasi Birliyinin yaradılması ideyasının müəllifi Emmanuel Makronun isə bu barədə deyəcəyi heç nəyi yox idi.
Günün sonuna yaxın mətbuat konfranslarının birində Fransa Prezidenti nəhayət özündə cəsarət tapıb sammitin əhəmiyyətli hadisələri haqda danışmağa başlayıb. O, bu müzakirələrdə Avropa Siyasi Birliyinin 47 üzvü arasında kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdə faydalı olduğunu, Azərbaycanın iştirak etməməsinə baxmayaraq Ermənistanla rəhbərliyi ilə aparılan danışıqları qeyd edib.
İspaniya administrasiyası əsas mətbuat konfransının niyə ləğv olunduğunu izah etməkdən imtina edib. Aİ diplomatlarından birinin sözlərinə görə, “heç bir fundamental məsələ” yox idi və mətbuat konfransına ehtiyac qalmamışdı.
“AzPolitika.info”

Şərhlər