Menu

“Fənərbağça” “Liverpul”u məğlub edib - Çempionlar Liqasında möhtəşəm dönüş

05.11.2026, 00:00
“Fənərbağça” “Liverpul”u məğlub edib - Çempionlar Liqasında möhtəşəm dönüş

UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Türkiyənin “Fənərbağça” klubu doğma meydanda İngiltərə nəhəngi “Liverpul”u 3:2 hesabı ilə məğlub edib. İstanbulda keçirilən qarşılaşma sarı-göylərin tarixi qələbəsi ilə başa çatıb.

"AzPolitika" xəbər verir ki, matç ərzində iki dəfə hesabla geriyə düşən İstanbul təmsilçisi böyük iradə nümayiş etdirib. Qonaqların heyətində Trey Nyoni (24) və Aleksander İsak (68) fərqlənsələr də, “Fənərbağça” bu qollara Meyson Qrinvud (28) və Arçi Braunun (72) zərbələri ilə cavab verib. Türkiyə klubuna möhtəşəm qələbəni qazandıran qolu isə 78-ci dəqiqədə Vedat Muriqi vurub.

Bu nəticədən sonra turnirdəki ilk qələbəsini qazanan “Fənərbağça” xallarının sayını 5-ə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol