Menu

Polad Həşimovun anası təcili xəstəxanaya yerləşdirildi

04.11.2026, 23:27
Polad Həşimovun anası təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

"AzPolitika" Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

"Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol