Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.
“Report” xəbər verir ki, o, bu barədə Qranadada Aİ-nin qeyri-rəsmi sammiti başlamamışdan əvvəl məlumat verib.
“Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq veriblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik”, - Ş.Mişel vurğulayıb.
Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurasının rəhbəri, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirak etməyib. Danışıqlardan sonra Ş.Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşə dəvət edəcəyini açıqlayıb.


Şərhlər
"Münasibətlərin normallaşması üçün çox iş görəcəyik” deyəndə nəyi nəzərdə tutursan?Ayı balasına təlim keçənlər kimi Paşinyanın əlindən tutub dombalaq aşmağı öyrədəcəksən?Hər dombalaq aşandan sonra da mükafat olaraq ağzına bir parça qənd?Aaaa,qadam ağzuva!Ulan,bilmirsənmi münasibətlərin normallaşması üçün bir tək yol var,o da sülh müqaviləsinin bağlanmasıdır.Sülh müqaviləsinin də biz tərəfdən şərtləri,qaydaları çoxdan bəllidir,Qarabağ məsələsinə də antiterrorla nöqtə qoymuşuq.Elə isə görüşüb nəyi danışacaqsınız?Tutub qoduqluğa saldığımız separatçı liderlərin əfv olunmasını xahiş edəcəksiniz yoxsa?