Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti İrəvana səfər edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq”, - mənbə bildirib.
"Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata malik deyil."
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.

Şərhlər
Yalan məlumatı elə qələmə verirsiz ki ŞOK -rus Qarabağdan çıxır . Rusun artıq qalacağı yer Xankəndidir ,Putin öz dili ilə dedi ,biz yalnız bu barədə Azərbaycanla danışacağıq , nümayəndə Erevana gedir ki ,Paşinyanı azı salsınlar ki 10-20 min erməni versin ,Xankəndində rusa hanballıq etsinlər və rus da bəhanə etsinki erməniləri Xankənində biz qoruyuruq ,Xahiş ,yalan məlumatı xalqa sırımayın ,hamı hər şeyi görür