Menu

“ABŞ SEPAH-ın 1 milyondan artıq mərmisini Ukraynaya göndərib” - “SENTKOM”

06.10.2023, 15:05
“ABŞ SEPAH-ın 1 milyondan artıq mərmisini Ukraynaya göndərib” - “SENTKOM”

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (SENTKOM) Hərbi Dəniz Qüvvələri ələ keçirdiyi təxminən 1 milyon 100 min ədəd SEPAH mərmisini Ukraynaya göndərib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “SENTKOM” məlumat yayıb.

Məlumata görə, ABŞ hökuməti həmin sursatı ötən ilin noyabrında Körfəzdə bayraqsız hərəkət edən gəmidən zəbt edib.

Müəyyən edilib ki, SEPAH Yəməndə BMT-nin Təhlükəsizlik Şurasının 2216 nömrəli qətnaməsini pozmaqla döyüş mərmilərini öz himayəsində olan üsyançı Husi qruplaşmasına göndərirmiş.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol