Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə FHN-dən xəbər verilib.
***
Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Bu barədə FHN Mətbuat xidmətinfən məlumat verilib.
Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.
"Report"un cənub bürosu xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.
O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.
"Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.
***
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcəkdir.
***
Massallıda "köhnə bazar" adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
İlkin məlumata görə, yanğın bazarın paltar satışı olan hissəsində başlayıb.

Şərhlər
Cinayətkar cəzasız qalıb ? Şəkinin Bazarının yanması dərindən araşdırılmalı və hüquqi qiymət verilməlidir !
Son illər Bazarlarda Yanğın baş verməsi adi hala çevrilmişdir. Şəki Bazarında da Yanğın baş vermiş, yüzlərlə sahibkarların malları yanaraq külə dönmüşdür. Bazarın o vaxtçı müdiri , molla ləqəbli Eldəniz Hacıağayev səhmdarların haqqını və vergidən yayınmaq yolu ilə milyoner olmuşdur, məsuliyyətdən canını qurtara bilmişdir. O Türkiyədə, Bakıda və Şəki də möhtəşəm Villalar tikdirmişdir. Acından ölən Eldəniz bir neçə obyektin sahibidir. Şəkinin 10 saylı Orta məktəbinin həyatyanı sahəsində Böyük ölçüdə, 3 mərətbəli obyektinin tikilməsini həyata keçirmişdir . Onun qanunsuz əməllərinə susurlar ?
Yeyib yandırıblar.