Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2024-cü ildə gözlənilən parlament seçkiləri zamanı Qərbin ölkədəki vəziyyəti silkələməsinə imkan verməyəcək.
“AzPolitika.info” bu barədə “Belta”ya istinadla xəbər verir.
“Qoy onlar düşünməsin ki, Belarusu sarsıdacaqlar. Biz buna imkan verməyəcəyik”, - deyə Lukaşenkodan sitat gətirilir.
Dövlət başçısı Belarusun 2020-ci il seçki kampaniyası zamanı əldə etdiyi təcrübəni nəzərə aldığını vurğulayıb. Lukaşenko Qərb ölkələrinə xəbərdarlıq edib: “Bizə artıq bunlar kifayətdir, biz təcrübəli insanlarıq, düzgün məşq edirik”.
Belarusda parlament və yerli parlament seçkiləri üçün vahid səsvermənin 2024-cü il fevralın 25-də keçirilməsi planlaşdırılır.
Rüfət
AzPolitika.info


Şərhlər