ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etməyə hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yeni hərbi yardım paketi gələn həftə təqdim olunacaq.

Sözügedən hərbi yardım paketinin təxminən 200 milyon dollar dəyərində olduğu, bura son yardım paketlərində olan oxşar silah-sursat və zirehli maşınların daxil olacağı bildirilir.

“AzPolitika.info”