Menu

İsraildə səfərbərlik elan edildi - Bu şəhərlərdə aktiv döyüşlər gedir

07.10.2023, 12:24
İsraildə səfərbərlik elan edildi - Bu şəhərlərdə aktiv döyüşlər gedir

İsraildə səfərbərlik elan edildi. Ehtiyatda olanlar təcili olaraq orduya çağırılır.

Qeyd edək ki, bu səhər İsrail Qəzza zolağından minlərlə raketlə hücuma məruz qalıb.

Bundan əlavə, Fələstinin HƏMAS hərəkatının döyüşçülərinin paraşüt, paraplan və avtomobillərdən istifadə etməklə İsrailin nəzarətində olan ərazilərə daxil olublar. Sərhədyanı şəhərlərin küçələrində israillilərlə fələstinlilər arasında aktiv döyüşlər gedir.

HƏMAS-ın hərbi qanadının rəhbəri bütün fələstinliləri silaha sarılmağa çağırıb.

İsrail Müdafiə Nazirliyi buna cavab olaraq Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib. (Mənbə: “Baza” “Telegram”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol