Menu

XİN-dən İsraildəki hadisələrlə bağlı açıqlama - Azərbaycan vətəndaşlarına çağırış ediləcək

07.10.2023, 12:35
XİN-dən İsraildəki hadisələrlə bağlı açıqlama -  Azərbaycan vətəndaşlarına çağırış ediləcək

"İsraildəki hadisələr zamanı yaralanan şəxslər arasında azərbaycanlı yoxdur".

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.

O, nazirliyin Azərbaycanın İsraildəki səfirliyi ilə mütəmadi təmasda olduğunu diqqətə çatdırıb.

Ayxan Hacızadə həmçinin vurğulayıb ki, bir azdan Azərbaycan vətəndaşlarına dövlət qurumlarının verdiyi təlimatlara riayət etmək istiqamətində çağırış ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol