Menu

İsrail ordusuna hücum edən HƏMAS silahlılarının sayı açıqlandı

08.10.2023, 11:21
İsrail ordusuna hücum edən HƏMAS silahlılarının sayı açıqlandı

Oktyabrın 7-i səhər saatlarında İsrail ordusuna hücum edən və bir çox ərazilərə nəzarəti ələ keçirən HƏMAS silahlılarının sayı cəmi 200-300 nəfər təşkil edib.

"AzPolitika.info"  xəbər verir ki, bu barədə İsrail mediası məlumat verib. 

İsrail polisinin məlumatına görə, bu silahlıların bir qismi hələ də İsrailin nəzarətində olan ərazisindədir.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulmağa başlayıb, eyni zamanda silahlılardan ibarət bir neçə qrup İsrailin nəzarətində olan ərazilərə daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol