Misir kəşfiyyatı bundan əvvəl “böyük bir şey” olacağı barədə İsrail rəsmilərinə xəbərdarlıq etmişdi.
“AzPolitika.info” xəbər verir ki, bu haqda Misir kəşfiyyatındakı mənbə “Associated Press”ə danışıb.
Onun sözlərinə görə, İsrail rəsmiləri diqqətlərini İordan çayının qərb sahilinə cəmləyib və Qəzzadan gələn təhlükə ehtimalını aşağı görüblər.
“Biz onlara xəbərdarlıq etdik ki, vəziyyətin partlaması yaxınlaşır və bu, çox böyük olacaq. Lakin onlar bu cür xəbərdarlıqları düzgün qiymətləndirmirdilər”, - deyə anonimlik şərti ilə danışan Misir kəşfiyyatının rəsmisi deyib.
Rüfət
AzPolitika.info


Şərhlər