Menu

İsrail qoşunları Qəzza ilə sərhəd xəttini nəzarətə aldı

09.10.2023, 15:58
İsrail qoşunları Qəzza ilə sərhəd xəttini nəzarətə aldı

İsrail Müdafiə Qüvvələri (İDF) İsrailin Qəzza ilə həmsərhəd əraziləri nəzarətə alıb. 

"AzPolitika.info" bu barədə «The Times of İsrael» nəşrinə istinadla xəbər verir. 

İDF-nin Baş Qərargahından verilən açıqlamaya görə, geridə - İsrail şəhərlərində hələ də HƏMAS döyüşçülərinin qalması istisna olunmur, ona görə də, «təmizləmə davam edir».

Həmçinin, İDF-dən bildirilir ki, Qəzza zolağında HƏMAS-a aid olan hədəflərə zərbələr endirilir. 

Fələstin mediası isə bombalanmaya məruz qalan əksər hədəflərin yaşayış evləri və dinc sakinlərin olduğunu yazır. 

Rüfət 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol