Livanın şiə təmayüllü “Hizbullah” hərəkatı İsraildəki münaqişəyə qarışmamaq barədə ABŞ-a xəbərdarlıq edib.
“AzPolitika.info” saytı “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Hizbullah” yaydığı bəyanatda İsrail və HƏMAS arasındakı münaqişəyə birbaşa müdaxilə etməməyə çağırıb.
Əks təqdirdə, hərəkat Vaşinqtonu Amerikanın Yaxın Şərqdəki mövqelərinə hücum etməklə hədələyib.
ABŞ hərbi gəmilərinin İsrailə doğru istiqamət alması “Hizbullah”da narahatlıq doğurub.
“Fələstin Ukrayna deyil” – deyən təşkilat nümayəndəsi ABŞ-ın Yaxın Şərqdəki mövqelərinin hədəfə alınacağını, heç bir “qırmızı xətt olmayacağını” qeyd edib.
Rüfət
“AzPolitika.info”


Şərhlər