Menu

İsrail ilə Livan arasında hərbi toqquşma başlayıb - VİDEO

09.10.2023, 18:10
İsrail ilə Livan arasında hərbi toqquşma başlayıb - VİDEO

İsrail Müdafiə Qüvvələrinin (İDF) Livanın cənubundakı hədəflərə zərbələr endirdiyi bildirilir.

"AzPolitika.info" xəbər verir ki, Livandan silahlı şəxslər sərhədi keçməyə cəhd edib və bundan sonra toqquşmalar başlayıb

İDF Baş Qərargahından iddia edilib ki, İsrailə sızmağa çalışan bir neçə silahlı şəxs öldürülüb. Mətbuata bildirilib ki, bu hadisədən sonra bölgəyə zərbələr endirmək üçün döyüş helikopterlərindən istifadə olunub.

“Hizbullah”a bağlı “Əl-Mənar” nəşrinin müxbiri tərəfindən yayımlanan görüntüdə ərazidə böyük partlayış baş verdiyi görünür.

Sosial şəbəkələrdə yayılan başqa bir videoda “Hizbullah”ın müşahidə postunun hədəfə alındığı iddia olunur.

AzPolitika.info


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol