Menu

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

09.10.2023, 21:58
Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.

"Report" TASS-a istinadən xəbər verir ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar.

Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, bu günə kimi proqrama Azərbaycandan əlavə, Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin “Nano-SPACE” şirkəti də Beynəlxalq Elmi Stansiyanın tikintisi layihəsinə qoşulub.

Şərhlər

Aydın 2023-10-09 22:55:33

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.
Təəssüflər olsun ki , uşaq pulu vermək istəmir kasib ailələrə, ................

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol