Menu

HƏMAS-dan xəbərdarlıq: - “Girovları edam edəcəyik”

10.10.2023, 00:03
HƏMAS-dan xəbərdarlıq: - “Girovları edam edəcəyik”

İsrail vətəndaşlarını girov saxlayan HƏMAS qruplaşması Qəzzaya hava zərbələrin dayandırılmayacağı təqdirdə girovların edamına başlayacağını bəyan edib. 

"AzPolitika.info" «The Times of İsrael» nəşrina istinadla xəbər verir ki, bu barədə «Əl-Qəssam» briqadasının sözçüsü Abu-Ubeyda bildirib.

"Bu saatdan etibarən, insanlarımızın evlərində, xəbərdarlıq edilmədən hədəfə alınması, mülki girovların edamı ilə qarşılanacaq, bu da video və audio ilə yayımlanacaq", - deyə sözçü qeyd edib. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da israilli həmkarı ilə telefon danışığında Qəzzada mülki vətəndaşları hədəf almamağa çağırmışdı. İsrailin hava zərbələri nəticəsində Qəzza zolağında ölən mülki vətəndaşların sayı 600-ü keçib, onların içində onlarla qadın və uşaqlar var. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol