İran rəsmisi Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində edam hökmünün çıxarıldığını təkzib edib.
“AzPolitika.info” xəbər verir ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Məsud Setayeşi səfirliyə hücum edən şəxs barəsində ölüm hökmü verilmədiyini deyib.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin bir əməkdaşını qətlə yetirmiş şəxs barəsində edam hökmünün çıxarılması ilə bağlı Azərbaycan dövlət televiziyasının iddiasını rədd edirik”,-deyə o, bildirib.

Onun sözlərinə görə, cinayət işi hələlik istintaq və təhqiqat mərhələsindədir və hələ ki, qərarın çıxarılması üçün məhkəmə iclası keçirilməyib.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Televiziyası (AzTV) məlumat yayaraq İrandakı səfirliyimizə silahlı basqın edən şəxsin edam cəzasına məhkum edildiyini bildirmişdi.
2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
“AzPolitika.info”


Şərhlər
Səfirliyimizə hucum əmrin iran rejimi özu vermişdi.bunu hamı bilir
Bu teroru mola rejimi təşkil etmişdi
Allah onlara lənət etsin.
Yaşasın Azərbaycan
Mən deyəndə ki iblis nəslindən olan fars özū bu işi təşkil etmişdisə niyə kimisə edam eləsin?