Menu

HƏMAS-ın kriptovalyuta hesabları dondurulub - İsrail polisi

10.10.2023, 14:57
HƏMAS-ın kriptovalyuta hesabları dondurulub - İsrail polisi

İsrail polisinin «Lahav 433» bölməsinin kiber şöbəsi HƏMAS-a məxsus kriptovalyuta hesablarını dondurur.

"AzPolitika.info" «The Times of İsrael» nəşrinə istinadla xəbər verir ki, bu barədə polisdən verilən məlumatda deyilir. Polis sözçüsünün bildirdiyinə görə, HƏMAS şənbə günündən etibarən sosial mediada pul yığmaq üçün müəyyən hesablardan istifadə edib.

«Lahav 433» bu qruplaşmanın istifadə etdiyi kriptovalyuta kanallarını bağlamaq üçün Müdafiə Nazirliyi, Şin Bet və digər kəşfiyyat agentlikləri ilə işləyir. «Binance» kriptovalyuta birjası hesabların tapılması və bağlanması üçün İsraillə əməkdaşlıq edib. «Lahav 433» həmçinin «Barclays» bankındakı hesabı dondurmaq üçün İngiltərə polisi ilə birlikdə çalışıb. 

Rüfət 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol