Menu

Paşinyan MDB başçılarının toplantısından imtina etdi – Bişkekə getmir

10.10.2023, 17:08
Paşinyan MDB başçılarının toplantısından imtina etdi – Bişkekə getmir

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 13-də Qırğızıstan paytaxtında keçiriləcək MDB dövlət başçılarının toplantısına qatılmayacaq.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarova zəng edərək, bu qərarı barədə ona məlumat verib. Xəbərdə qeyd olunur ki, Paşinyan Sadır Japarova tədbirə qatıla bilmədiyi üçün təəssüf etdiyini və bunun “bir sıra şərtlərdən irəli gəldiyini” bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyəti Qərbin qarşısında Moskvanın başçılıq etdiyi istənilən təşkilatdan məsafə saxladığına dair təsəvvür yaratmaqda davam edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol