Menu

Ramil Usubov rusiyalı həmkarı ilə Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib

10.10.2023, 21:59
Ramil Usubov rusiyalı həmkarı ilə Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib

Azərbaycan və Rusiyanın Təhlükəsizlik Şuralarının katibləri Ramil Usubovla Nikolay Patruşev Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bakıda keçirilən görüşdə, həmçinin hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol