Fələstinli terror qruplaşması HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1200-ü keçib.
"AzPolitika.info" İsrail KIV-nə istinadla xəbər verir ki, 3000-dən çox yaralı var və girov kimi Qəzza zolağına aparılan təxminən 150 nəfərin taleyi hələ də bəlli deyil. Məlumata görə, hərbçilər çərşənbə günü səhərə qədər bu rəqəmin 1200-ə yüksəldiyini bildiriblər.
Səhiyyə Nazirliyi daha sonra bildirib ki, 28-i ağır, 345-i ağır olmaqla 3007 nəfər yaralanıb, 500-ə yaxını hələ də xəstəxanalardadır.
Rüfət
AzPolitika.info


Şərhlər