Menu

Rusiya sülhməramlılarının Qarabağda ləğv edilən müşahidə məntəqələrinin sayı açıqlanıb

11.10.2023, 23:45
Rusiya sülhməramlılarının Qarabağda ləğv edilən müşahidə məntəqələrinin sayı açıqlanıb

Sentyabrın 19-dan Rusiya sülhməramlıları Qarabağda 6 müşahidə məntəqəsini və 15 müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin cavabdeh olduğu ərazidə atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən,Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Şərhlər

Turan 2023-10-12 07:51:49

Qarabağda yerləşən müvəqqəti Rusiya qüvvələri niyə indiyə kimi ermənilərdən təhvil alınan silahları Azərbaycana təslim etmir? Bəlkə ümidlidirlər ki, ermənilər qayıdacaq onlara təhvil verəcəklər?
Qudurğanlığa bax Axərbaycan ərazisindı heç bir hüquqi statusun olmasın hələ bir terrorçuların silahlarını qanuni dövlət orqanlarına təslim etməyəsən

dadaşyev 2023-10-12 00:06:29

Gedənləri “bəlkə də qaytardılar” deyib bu bəhanəylə Azərbaycanda qalmaq fikrindədirlərsə kartofdan-xiyardan zaddan əksinlər o vaxta qədər,boş dayanmasınlar yəni,bekarçılıq adamı üzən şeydi.Xiyar əksinlər ki,Barış Manço demiş,kendilerini ezilmiş bir hiyar gibi hiss etmesinler.Şaban da deyib ki,hiyarları soymadan da yiye bilirler.Əgər ermənilər qayıtmasalar o zaman təsərrüfat sahələrini genişləndirsinlər,quşçuluq ferması aça bilərlər məsəla,ətlik-südlük iri buynuzlu mal-qara filan da saxlaya bilərlər.Erməni olmasa kimi qoruyacaqlar?Heç nəylə məşğul olmayıb səhərdən-axşama qədər boş-boşuna dizlərinə tüpürə-tüpürə dayanmayacaqlar ki.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol