Menu

Sarqsyanın adamını buraxmadılar - Çirkli pulların yuyulmasında günahlandırılır

12.10.2023, 11:16
Sarqsyanın adamını buraxmadılar - Çirkli pulların yuyulmasında günahlandırılır

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyanın həbs müddəti daha üç ay uzadılıb.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, sabiq prezident Serj Sarqsyanın yaxın adamlarından sayılan Aşotyan bu ilin iyun ayında həbs edilmişdi. Paşinyan hakimiyyətini kəskin tənqid edən və həbsinin siyasi sifariş olduğunu idddia edən Aşotyan əslində, nazir olduğu illərdə külli miqdarda korrupsiya ilə məşğul olubmuş.

O, elm və təhsil naziri olarkən Tibb Universiteti üçün alış-veriş zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol