HƏMAS-ın hücumu zamanı girov götürülənlər evlərinə qaytarılana qədər, Qəzzaya elektrik və su verilməyəcək.
"AzPolitika.info" İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrailin energetika naziri İsrael Katz bildirib.
“Qəzzaya humanitar yardım? İsrailli girovlar evlərinə qaytarılana qədər heç bir elektrik açarı, su nasosu açılmayacaq və heç bir yanacaq maşını içəri girməyəcək”, — deyə nazir «X» platformasında yazıb.
Qeyd edək ki, HƏMAS girov götürülənlərin azad edilməsinə dair danışıqlara başlamağa hazır olsduğunu bəyan edib. Ancaq İsrail buna razılıq verməyib və Qəzzada yüzlərlə günahsız insanın ölümünə səbəb olan blokadanı və bombardmanı davam etdirir.
Qətərin «Al-Jazeera» kanalı HƏMAS-ın «Qəssam» briqadasının bir qadın və iki uşağı azad etməsini əks etdirən görüntülər paylaşıb. HƏMAS İsrailin zərbələrindən 1203 fələstinlinin öldüyünü, 6 minə yaxın dinc insanın xəsarət aldığını açıqlayıb.
AzPolitika.info


Şərhlər