Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Çeçenistan lideri Ramzan Kadırovun xəstəliyindən danışıb.
"AzPolitika.info" xəbər verir ki, o, Kadırovun böyrəklərində problem olduğunu deyib.
"Çeçenistan lideri ölə bilərdi, amma sağ qaldı. Onun səhhətində problemlərin olduğu doğrudur. Bəli, o, həqiqətən də xəstə idi, həyatı üçün təhlükə var idi, amma bunun öhdəsindən gəldi",-deyə o, bildirib.
Qeyd edək ki, daha əvvəl Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Kadırovun səhhətində problem yarandığını və onun vəziyyətinin ağır olduğunu bildirmişdi.
"AzPolitika.info"


Şərhlər