Menu

MDB XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

12.10.2023, 12:31
MDB XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanda keçirilən MDB Xarici İşlər Nazirləri Şurasında müzakirə olunan məsələlərdən danışıb.

"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Bişkekə işgüzar səfərim çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasında iştirak etməkdən və bəyanatla çıxış etməkdən məmnunam. İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rabitə, təhsil, idman və s. sahələrdə geniş spektrli məsələləri müzakirə etdik", - paylaşımda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol