İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın göyərtəsində olduğu təyyarə İsrailin Dəməşq və Hələb şəhərlərinin hava limanlarını bombalaması səbəbindən Suriyaya eniş edə bilməyib.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Arabic” məlumat yayıb.
Məlumata görə, onun İraqa səfərinin ardınca Suriyada görüşlər keçirməsi planlaşdırılmışdı. Oradan isə Livan və Suriyaya səfəri nəzərdə tutulurdu.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı Suriyaya aparan təyyarə Tehrana geri qayıtmalı olub.
***
Suriyanın Dəməşq və Hələb hava limanlarının fəaliyyəti dayandırılıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, buna səbəb İsrailin həmin ərazilərə zərbələr endirməsidir.
***
İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirib.
APA xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, İsrail Dəməşq və Hələb hava limanlarında uçuş-enmə zolaqlarına zərbələr endirir.


Şərhlər