Menu

Rusiya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən kənarlaşdırılıb

12.10.2023, 18:26
Rusiya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən kənarlaşdırılıb

Rusiya Olimpiya Komitəsi (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, bunu BOK-un nümayəndəsi Mark Adams açıqlayıb.

BOK-un bu addımı atmasına qondarma “Donetsk və Luqansk respublikaları”, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının ROK-a daxil edilməsi səbəb olub.

BOK İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.

Qeyd edək ki, “Donetsk və Luqansk respublikaları”, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuraları oktyabrın 5-də ROK-a üzv qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol