ABŞ-nin sabiq prezidenti və Respublikaçılar Partiyasının yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi gözlənilən Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahudan lap əvvəldən xoşu gəlməyib. HƏMAS-ın son hücumundan sonra isə sabiq prezidentin ona münasibəti daha da pisləşib.
Xəbər verdiyimiz kimi, Tramp bu gün İsrailin başına gələnlərdə əsas günahkarlardan birinin də məhz Netanyahu olduğunu hesab edir.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “The Rolling Stone” jurnalı öz mənbələrinə istinadla Donald Trampın Netanyahunun istefaya getməsini istədiyini yazıb. Özünün 2025-ci ildən etibarən ABŞ-nin yeni prezidenti olacağını düşünən Tramp həmin vaxt İsrailin başında Netanyahunu görmək istəmir. Jurnalın yazdığına görə o, bunu Respublikaçılar Partiyasının müttəfiqləri və donorları ilə danışıqları zamanı bildirib. Tramp hazırkı İsrail hökumətini ”kəşfiyyatın fəlakətli çöküşündə” ittiham edib və bildirib ki, məhz bunun nəticəsi olaraq, HƏMAS-ın belə dəhşətli hücumu mümkün olub.
Trampın ittihamlarına cavab verən İsrailin Rabitə naziri Karai isə onun söylədiklərini biabırçılıq adlandırıb və deyib ki, “Trampa güvənmək olmaz”.
“AzPolitika.info”


Şərhlər