Məlum olduğu kimi, İsrail ordusu Qəzza sektorunun şimalında yaşayan əhaliyə xəbərdarlıq edərək, fələstinlilərin 24 saat ərzində ərazini tərk etmələrini istəyib. Bu ərazidə Qəzza şəhərinin əhalisi də daxil olmaqla 1.1 milyon insan yaşayır.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, İsrailin xəbərdarlığının əksinə olaraq, HƏMAS təşkilatı fələstinliləri öz evlərini tərk etməməyə çağırıb. HƏMAS əhalini “İsrailin psixoloji müharibəsinə uymamağa və mətin olmağa” səsləyib.
Ancaq xatırladaq ki, cəmi bir neçə gün ərzində İsrailin bombardmanları nəticəsində artıq 1500-dən çox fələstinli həlak olub. Minlərlə yaralı var. İsrail ordusunun yerüstü əməliyyat həyata keçirəcəyini nəzərə alsaq, dinc əhali arasında itkilərin hansı səviyyəyə çatacağını isə təsəvvür etmək belə çətindir.
“AzPolitika.info”


Şərhlər