Rusiya prezidenti Vladimir Putin Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə danışıb.

APA-nın xəbərinə görə, Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, formal olaraq Qarabağda Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi qalmalıdır.

"Bu məsələ danışıqlar zamanı həll olunacaq", - o qeyd edib.