Menu

“Türk dövlətləri arasında dərin mədəni və tarixi əlaqələri gücləndirməyə sadiqik” - TDT-nin Baş katibi

13.10.2023, 20:11
“Türk dövlətləri arasında dərin mədəni və tarixi əlaqələri gücləndirməyə sadiqik” - TDT-nin Baş katibi

“Türk dövlətləri arasında dərin mədəni və tarixi əlaqələri qavrayaraq davamlı səylərimizlə bu əlaqələri gücləndirməyə sadiqik”.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliev “X” hesabında yazıb.

O, türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən I Türk Dünyası Mədəniyyət Forumunda iştirak və çıxış etməkdən məmnun olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol