2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.
Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.


Şərhlər
Bu gun Imisliden olanla bir gencle danishdim o boyda rayonda cemi iki zavod var .Imishlide azi 50000 nefer yashayir.50000 ne iki zavod ?Ona gore camaat qacir sehere .Is yeri acin kagiz uzerinde yox .Prezidente gosterieler seher cammati ixtusar edirler
Onsuz da ayrılan büdcədən rayonlara hər hansı yenidənqurma. tikinti-təmit,iş yerləri barədə bir şey qalmırdı.Bir hissə fonda.bit hissə yuxarı,bir hissə yerli İcra mmurları,bir hissə icraçılar tərəfindən udulurdu.Bəs indi necə oıacaq?Bölgü hansı qaydada aparılacaq? misal: Şəki,onun yollatı,olmayan iş yerləri,əhalinin acınacaqlı yaşam mücadiləsi. və sairə...