İsrail Müdafiə Qüvvələri (İDF) İordan çayının qərb sahilində reydlər keçirib.
"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, İDF-nin yaydığı açıqlamaya görə, terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 56 fələstinlini, o cümlədən Qəzza zolağında hakim HƏMAS hərəkatının 25 fəalını saxlayıb.
Hərbçilər qeyd ediblər ki, saxlanılanlar arasında Nablus şəhərindən olan iki mühüm HƏMAS fəalı da var. Mətbuat xidməti əlavə edib ki, reydlər zamanı “hərbi qulluqçular tərəfindən xəsarət alanlar barədə məlumat daxil olmayıb”.
Rüfət
AzPolitika.info


Şərhlər