İsrail Müdafiə Nazirliyi və Milli Fövqəladə Hallar İdarəsi ölkənin şimalında Livanla sərhəddə 2 km dərinlikdə yaşayanların təxliyəsini elan edib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, planı İsrailin müdafiə naziri Yoav Qallant təsdiqləyib. Onu yerli bələdiyyələr, Daxili İşlər Nazirliyi və Milli Fövqəladə Hallar İdarəsi reallaşdıracaq.
Məlumata görə, plana 28 icmanın sakinləri daxildir: Qacar, Dişon, Kfar-Yuval, Marqaliot, Metula, Avivim, Doveyev, Maayan Barux, Baram, Manara, İftax, Malkiya, Misqav-Am,Yiron, Dafna, Arab-əl-Am, Aramşe, Şlomi, Netua, Yaara, Ştula, Matat, Zarit, Şomera, Beset, Adamit, Roş xa-Nikram, Xanit və Kfar Qiladi.


Şərhlər
İsrail dinc xalqın üstünə günlərlə bombalar yağdırmaqla,İsrail prezidentinin fələstinlilərin hamısının cəzalanmalı olmasını və onların insanabənzər varlıqlar olduğunu bildirməsiylə buraxdığı böyük yanlışlığın cəzasını çəkməyə başlayır demək ki.Qəzzaya da girə bilmir,çox ehtiyatlanır,üstəlik bölgənin bütün ərəb ölkələrini aşkar özünə qarşı döndərə bilər Qəzzaya girərsə,amma girməyəcəyəm də deyə bilmir,çünki o zaman Netanyahuya qarşı çıxar İsrail əhalisi.Yuxarı tüpürür bığ,aşağı tüpürür saqqaldı.Və ya eşşəyə minmək bir ayıb,düşmək iki.İsrail tam bir çaşqınlıq içindədir,nə edəcəyini bilmir,acığını yalnız uzaqdan top atışlarıyla çıxa bilir,amma bu da var ki,top atışlarının davam etdiyi hər gün onu dünyanın gözündə bir qədər də alçaldır.