Menu

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

16.10.2023, 16:50
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23–31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol