HƏMAS-ın İsrailə qarşı məlum “Əqsa tufanı” əməliyyatından sonra İran mətbuatında maraqlı bir iddia ortaya atılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə rejimə yaxınlığı ilə bilinən “Kayhan” qəzetində yayımlanan məqalədə qeyd olunub ki, HƏMAS-ın hücum planı İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı, general Qasım Süleymani tərəfindən planlaşdırılıb.
Bu barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Süleymani 2020-ci ildə ABŞ-ın hava hücumu nəticəsində həlak olub.
“AzPolitika.info”


Şərhlər