Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Avropa Pasrlamentində çıxış edib.
“AzPolitika.info” xəbər verir ki, Paşinyan öz çıxışında Rusiyanın bostanına daş atmağı da unutmayıb.
Baş nazir deyib ki, Qarabağdakı ermənilər Ermənistana köç edəndə müttəfiqləri onları dəstəkləmək əvəzinə, Ermənistanda hakimiyyəti devirməyə çalışıblar: “Bizim təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etdilər, əksinə, rəsmən Ermənistanda hakimiyyətin dəyişdirilməsinə, demokratik hakimiyyətin devrilməsinə çağırdılar”. Paşinyanın bunu deyərkən Moskvanı nəzərdə turduğu heç bir şübhə doğurmur.
O, əlavə edib ki, bütün cəhdlərə baxmayaraq, onun hakimiyyəti bu planların qarşısını ala bilib. Pşainyan həmçinin, avropalı deputatlardan Qarabağdan gələn ermənilər üçün 100 milyon dollar yardım istəyib.
O, Ermənistanın müttəfiqlərini hərəkətsizlikdə ittiham edib. Saxta rəqəmlərlə yenidən beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edən Paşinyan ermənilərin Qarabağ ərazisini tərk etməsində də Rusiyanı günahlandırıb.
"Ermənilər Ermənistana qaçarkən təhlükəsizlik sahəsində müttəfiqlərimiz bizə nəinki kömək etmədilər, həm də açıq şəkildə Ermənistanda çevrilişə çağırış etdilər" - deyə, o, bildirib.
Daha sonra Paşinyan əsl erməni həyasızlığı nümayiş etdirərək, Azərbaycanı 2020-ci il müharibəsindən sonra Ermənistan ərazilərinin "işğalında" ittiham edib: "12 may 2021-ci ildə Azərbaycan SQ Ermənistan sərhədlərini pozub və 100 km-ə qədər hissədə Ermənistanın suveren ərazisinin 4 km-ə qədər dərinliklərinə nüfuz edib. Bu vəziyyətdə Ermənistanın təhlükəsizlik sistemi hesab olunan KTMT və ikitərəfli müqavilələrə əsasən təhlükəsizlik öhdəlikləri olan ölkələr Ermənistana heç bir kömək etməyərək, bizi tək qoyub".
"Ermənistanda demokratiya güclü zərbələr almağa davam edir, bu zərbələr təkrarlanan ssenari əsasında endirilir: xarici təcavüz, Ermənistan müttəfiqlərinin hərəkətsizliyi, hökumətin devrilməsi üçün hərbi/humanitar vəziyyətdən istifadə cəhdləri. Bu, xarici qüvvələr tərəfindən daxili iğtişaşların yaradılması üçün hibrid texnologiyalardan istifadə ilə həyata keçirilir", deyə Paşinyan bildirib.
O, Beynəlxalq Məhkəmənin, Avropa Parlamentinin, AŞPA-nın qərarları və ayrı-ayrı ölkələrin parlamentlərinin qətnamələrinin Qarabağda ermənilərin "etnik təmizləmələrinin" qarşısını ala bilməməsinə təəssüfünü bildirib.
Tipik erməni həyasızlığı. Hamı günahkardır, bircə erməninin özündən başqa.
AzPolitika.info


Şərhlər
Mence itiqovms emeliyyatı axıradek davam etdirilmelidir.Qarabağda taxşı olar ki 1 ermeni de qalmasın çünki onlar özleri etiraf edirler ki biz türklerle birlikde yaşaya bilmerik düz de deyirler.