Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı duyğulu anlar yaşanıb.
Prezident şəhid ailələri ilə görüşdə kövrəlib. O, şəhidlərin qəhrəmanlığını xatırladıb, ailələrin övladlarını vətənpərvərlik ruhunda böyütməsinin vacibliyinə diqqət çəkib: “Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da, təbii ki, heç vaxt dayanmayacaq (sakinlərdən birinə işarə edir - red.). Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük”.
Qeyd edək ki, dövlət başçısının görüşdüyü şəhid ailələri arasında 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun anası Günel Abbasova da olub.

Şərhlər
Cenab Prezidentin qeyd etdiyi kimi - Qelebemiz dunya herb tarixinde misli beraberi olmayan hadisedir bu hadise qeyri-adi bir naliyyetdir!
Adını Tarixə Yazmış Prezidentə nə ad verək ki. Onun Adı - İLHAM HEYDƏR OĞLU. Rəhbər, Sərkərdə, Qurucu, Birləşdirici, Adil, Aqil, Sevən, SEVİLƏN !!!
Çox təsirləndim, hamımız kövrəldik. Prezidentimizə Milli Qəhrəman adı verilməlidir !