Menu

Mahmud Abbas Baydenlə görüşü ləğv edib

18.10.2023, 00:07
Mahmud Abbas Baydenlə görüşü ləğv edib

Fələstin Prezidenti Mahmud Abbas Qəzzada xəstəxananın vurulması ilə bağlı xəbərdən sonra ABŞ Prezidenti Co Baydenlə görüşü ləğv edib.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə yüksək səviyyəli Fələstin rəsmisi deyib.

Görüş ABŞ Prezidentinin Yaxın Şərqə səfəri çərçivəsində İordaniyada baş tutmalı idi.

Rəsmi məmbə bildirib ki, Mahmud Abbas Ramallaha qayıdıb.

Qeyd edək ki, bu gün Qəzzada xəstəxana vurulub, yüzlərlər mülki şəxsin öldüyü və bu rəqəmin daha da artacağı ehtimal olunur. Xəstəxanın İsrail tərəfindən vurduğu iddia olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol