Xəbər verildiyi kimi, ABŞ lideri Co Bayden bu gün İsrailə səfər edib.
"AzPolitika.info" xəbər verir ki, səfər çərçivəsində Bayden paytaxt Tel-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
ABŞ lideri Netanyahu ilə keçirilən görüş zamanı HƏMAS-İsrail qarşıdruması, eləcə də ötən gün Qəzzadakı xəstəxanaya edilən hücumla bağlı bir sıra açıqlamalar verib.
.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib və qeyd edib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.
Bayden nə qədər absurd olsa da, Qəzzadakı xəstəxanaya edilən məlum hücumda da HƏMAS-ı günahlandırıb.
"Gördüklərimə əsasən, xəstəxanadakı partlayışı İsrail yox, qarşı tərəf tərədib",-deyə o, bildirib.
"AzPolitika.info"


Şərhlər