Menu

“Dəhşətli bir hadisədir” - Putin Qəzzadakı xəstəxanaya hücumdan danışdı

18.10.2023, 15:13
“Dəhşətli bir hadisədir” - Putin Qəzzadakı xəstəxanaya hücumdan danışdı

Rusiya lideri Vladimir Putin ötən gün İsrailin Qəzzada yerləşən xəstəxanaya hücumunu dəhşətli hadisə və fəlakət kimi qiymətləndirib.

“AzPolitika.info” xəbər verir ki, Pekində Çin Prezidenti Si Cinpinlə görüşdən sonra açıqlamalar verən Putin, bu münaqişənin tezliklə bitməli olduğunu vurğulayıb.

“Xəstəxanaya hücum dəhşətli bir hadisədir. Yüzlərlə ölü və yüzlərlə yaralı təbii ki, fəlakətdir. Ümid edirəm ki, bu, bir siqnal olacaq ki, biz bu münaqişəni mümkün qədər tez bitirək. Burada əsas diqqətimizi təmaslara və danışıqlara yönəltməliyik”,-deyə o, bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol